Məşhur fransız futbolçu MLS-də

Məşhur fransız futbolçu MLS-də
Məşhur fransız müdafiəçi Bakari Sanyanın yeni klubu bəlli olub.
 
Sport7.az xəbər verir ki, 35 yaşlı futbolçu ABŞ-da MLS liqasında mübarizə aparan "Montreal İmpakt"la 1+1 illik müqavilə imzalayıb. Karyerasını ölkəsində "Oser"də başlayan sağ cinah müdafiəçisi İngiltərədə "Arsenal", "Mançester Siti", İtaliyada "Benevento"nun formasını geyib. 
 
Ötən mövsüm "Benevento"da 13 matça çıxan Sanya 1 qola imza atmışdı.
 
Sport7.az

Xəbər lenti