Məşhur futbolçu avtomobil qəzasında dünyasını dəyişib

Məşhur futbolçu avtomobil qəzasında dünyasını dəyişib

Karyerası ərzində "Arsenal", "Real", "Atletiko" və "Sevilya" kimi klublarda çıxış etmiş vinqer Xose Antonio Reyes vəfat edib.

"Sevilya" klubu 35 yaşlı futbolçunun avtomobil qəzasında dünyasını dəyişdiyini təsdiqləyib.

Reyes 20 illik professional karyerası boyunca 5-i Avropa Liqası, 1-i Premyer Liqa və 1-i La Liqa olmaqla, ümumilikdə 14 titul qazanıb. İspaniya millisinin heyətində 21 matçda meydana çıxan vinqer rəqib qapılarına 4 dəfə yol tapmışdı. Onun sonuncu iş yeri "Estremadura" klubu olub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR