Məşhur futbolçu karyerasını bitirib, baş məşqçi oldu

Məşhur futbolçu karyerasını bitirib, baş məşqçi oldu

Məşhur ingiltərəli futbolçu Ueyn Runi karyerasını başa vurub.

Sport7.az xəbər verir ki, 35 yaşlı hücumçu formasını geyindiyi "Derbi Kaunti”nin baş məşqçisi təyin olunub. Klub baş məşqçi səlahiyyətlərini icra edən Ueyn Runi ilə 2023-cü ilin yayına qədər müqavilə imzalayıb.

Runi 2020-ci ildən "Derbi Kaunti"nin formasını geyinib. İngiltərə yığmasının keçmiş üzvü "Mançester Yunayted"dəki çıxışı ilə məşhurlaşıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR