Məşhur futbolçu karyerasını bitirir

Məşhur futbolçu karyerasını bitirir

Argentinalı futbolçu Karlos Tevez karyerasını bitirməyə hazırlaşır.

Sport7.az xəbər verir ki, "Boka Xuniors”un hücumçusu tezliklə futboldan ayrılacağını etiraf edib.

36 yaşlı forvard Libertadores Kubokundakı çıxışdan sonra bu addımı atacaq. Onun komandası 1/8 final mərhələsində Braziliyanın "İnternasional” klubu ilə qarşılaşacaq. İlk oyun sabah, cavab görüşü isə dekabrın 2-də olacaq.

Tevez karyerası ərzində Avropada "Mançester Yunayted”, "Mançester Siti” və "Yuventus” kimi nəhəng klubların formasını geyinib. O, Argentina yığmasının heyətində keçirdiyi 76 matçda 13 qol vurub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR