Məşhur futbolçunun ölüm səbəbi müəyyənləşdi

Məşhur futbolçunun ölüm səbəbi müəyyənləşdi

İspaniya millisinin sabiq futbolçusu Xose Antonio Reyesin ölüm səbəbi açıqlanıb.

Sport7.az xəbər verir ki, "Real" və İngiltərə "Arsenal"ının keçmiş üzvü yüksək sürətin qurbanı olub. İstintaq zamanı məlum olub ki, Reyesin avtomobili saatda 187 km sürətlə hərəkət edərkən maşının arxa sol təkəri qəfil partlayıb. Həmin təkəri qəzadan bir həftə öncə futbolçunun qohumunun təmir etdiyi vurğulanıb.

Reyesin son iş yeri ölkəsinin "Estremadura" komandası olub. O, ötən il düşdüyü avtoqəzada əmisi oğlu ilə birlikdə ölüb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR