Məşhur hakim fahişəxanada saxlanıldı

Məşhur hakim fahişəxanada saxlanıldı

Sloveniyalı FİFA referisi Slavko Vinçiç Bosniya və Herseqovinada polisin keçirdiyi əməliyyat zamanı "ilişib”.

Sport7.az xəbər verir ki, məlumatı "24Slata" yayıb.

41 yaşlı referi 9 qadın və 26 kişi ilə birlikdə fahişəxanaya basqın zamanı saxlanılıb. Bosniya polisinin basqını əxlaqsızlıq yuvası saxlamaqda suçlanan Tiyana Maksimoviçin işi ilə əlaqədar etdiyi vurğulanıb.

Mənbənin məlumatına görə, ordakı şəxslərin bir neçəsi narkotikdən istifadə və silah saxlamaqda da şübhəli bilinirmiş.

Vinçiç dindirildikdən sonra sərbəst buraxılıb.

Sözügedən hakim bu mövsüm Çempionlar Liqasının qrup mərhələsinin 3 oyununu və Avropa Liqasının pley-off matçını idarə edib.

Sport7.az

 

 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR