Məşhur ingilis futbolçudan tərbiyəsiz hərəkət - VİDEO

Məşhur ingilis futbolçudan tərbiyəsiz hərəkət - VİDEO
İngiltərə yığmasının və "Liverpul"un sabiq futbolçusu Cimi Karrager özünə yaraşmayan hərəkətə yol verib.
 
Sport7.az xəbər verir ki, məşhur müdafiəçi şəxsi avtomobili ilə gedərkən, ona sataşan azarkeşlərə tərəf tüpürməklə cavab verib.
 
İngiltərə Premyer Liqasının son turunda  "Mançester Yunayted"in qonağı olan "Liverpul" səfərdən 1:2 hesablı məğlubiyyətlə dönüb. Bu məqsədlə ona yaxınlaşan və "Cimi, 2:1, bədbəxt oğlan" deyə çağıran azarkeşə cavab vermək istəyən Karrager şüşəni endirərək digər maşına tərəf tüpürüb. Maraqlısı odu ki, sabiq futbolçunun tüpürdüyü tərəfdə 14 yaşlı qız əyləşibmiş. Yəni tüpürcək maşının açıq pəncərəsindən birbaşa qızın üstünə düşüb. Bundan sonra şüşəni bağlayan Cimi yoluna davam edib. 
 
Bazar günü "Tvitter" hesabı vasitəsilə hərəkətinə görə üzr istəsə də Karrager "Sky Sport"da tənqid olunub. 

 
Sport7.az

Xəbər lenti