Məşhur klub üçün əsl ŞOK

Məşhur klub üçün əsl ŞOK

Avrokubokların qrup mərhələsinin daimi iştirakçılarından olan "Astana” şokdadır.

Sport7.az xəbər verir ki, Qazaxıstan çempionu Çempionlar Liqasının ardınca Avropa Liqasından da uzaqlaşdırılıb.

Çempionlar Liqasında "Astana”nın rəqibi Belarusiya təmsilçisi "Dinamo” Brest olmuşdu. "Astana” rəqibinə 3:6 hesabıyla uduzmuşdu.

Dünən isə Qazaxıstan çempionu doğma meydanda Çernoqoriyanın Podqoritsa şəhərini təmsil edən "Buduçnost”a uduzub. Görüş 0:1 hesabıyla yekunlaşıb. Bununla da "Astana” son illərdə ilk dəfə avrokubokların qrup mərhələsindən kənarda qalıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR