Məşhur markadan vacib qərar

Məşhur markadan vacib qərar

"Renault" "Formula 1” yarışlarında şəxsi komandası ilə təmsil olunacaq.

Sport7.az xəbər verir ki, Fransa korporasiyası yeni mövsümdə yarışlara qatılacaq. "Renault" "Lotus” komandasının alınması barədə sazişlərin imzalandığını bəyan edib.

Şirkətin baş direktoru Karlos Qonun sözlərinə görə, onlar iki seçim arasında qalıblar: "Ya "Renault" "Formula-1”i tərk edirdi, ya da tam qayıdırdıq. Ətraflı düşündükdən sonra qərar verdim ki, "Renault" "Formula-1”də olmalıdır”.

Məlumat üçün bildirək ki, "Renault" "Formula-1”də bu və ya digər şəkildə 40 il çıxış edir. "Lotus” komandasının pilotları Romen Qrojan və Pastor Maldonado ötən mövsüm "Formula-1” çempionatında, uyğun olaraq 11 və 14-cü yerləri tutmuşdurlar, komanda isə "Konstruktorlar Kuboku"nda 6-cı olmuşdu.

Sport7.az




OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR