Məşhur rumıniyalı “Zirə”dən gedir

Məşhur rumıniyalı “Zirə”dən gedir

"Zirə" klubundan ayrılacaq futbolçuların adı dəqiqləşib.
 
Sport7.az
xəbər verir ki, qəsəbə təmsilçisi rumıniyalı müdafiəçi Adrian Skarlatake ilə yollarını ayıracaq. Buna səbəb rumıniyalı müdafiəçinin 34 yaşının olmasıdır. Bu barədə "Report” məlumat yayıb.
 
"Zirə" fransalı legioner Şafiq Tiqrudja, serbiyalı müdafiəçi Yovan Krneta, perulu müdafiəçi Alvaro Ampuero və monteneqrolu müdafiəçi Miloş Bakraçın da müqaviləsini yeniləmək istəmir.
 
Qapıçısı Orxan Sadıqlı da baş məşqçi Zaur Həşimovun planlarına daxil deyil.
 
Qeyd edək ki, "Zirə" ilk olaraq Anastasios Papazoğlu ilə yollarını ayırmışdı. Bununla da paytaxt klubu ilə vidalaşan futbolçuların sayı 7-ə çatıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR