Məşhur şahmatçılarımız dünyada ilkə imza atır

Məşhur şahmatçılarımız dünyada ilkə imza atır

Məşhur qrossmeysterimiz Şəhriyar Məmmədyarov Amerikanın USChesshub təşkilatı tərəfindən təşkil edilən və "chess.com" saytında yayımlanacaq onlayn seansda iştirak edəcək.

Sport7.az xəbər verir ki, şahmatçımız  20 nəfərlə seans oynayacaq. Həmin 20 nəfər 45 dəqiqə+10 saniyə, Məmmədyarov isə 90 dəqiqə+10 saniyə sistemi ilə oynayacaq. Daha sonra 45 dəqiqəlik fasilə müddətində analiz, sual-cavab prosesi baş tutacaq. Həmin mərhələ "Zoom" proqramı vasitəsilə canlı yayımlanacaq və suallara Şəhriyar Məmmədyarovla yanaşı digər məşhur qrossmeysterimiz Rəşad Babayev cavab verəcək.

Həmin yarışın təşkilatçısı və prosesdə iştirak edəcək şahmatçılarımızdan biri də Rəşad Babayevdir. O hazırda Amerika Birləşmiş Ştatlarında yaşayır və məşqçilik karyerasında böyük naaliyyətlərə imza atmış şahmatçımızdır. 

Qeyd edək ki, sözügedən seans may ayının 3-də baş tutacaq. (Offsideplus.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR