Məşhur tennisçi yarışdan çəkildi

Məşhur tennisçi yarışdan çəkildi
Böyük Britaniyalı tennisçi Endi Murrey Beynəlxalq Brisban Tennis Turnirindən çəkilib.
 
Sport7.az xəbər verir ki, məşhur tennisçi ayağındakı zədə səbəbindən Avstraliyada sərt ot örtüyü üzərində keçiriləcək yarışdan geri çəkilmək qərarına gəlib. 30 yaşlı tennisçi yarışın internet saytına açıqlamasında mövsümə güclü başlanğıc etmək istədiyini amma geri çəkilmə səbəbindən üzüntü yaşadığını açıqlayıb. 
 
İyul ayından bəri kortlardan uzaq qalan Murrey dünya reytinqində 16-cı yerə qədər geriləyib. 
 
Mövsümün ilk "Qrand Slam" yarışı Avstraliyada yanvarın 15-də başlayacaq.
 
Sport7.az

Xəbər lenti