Məşhur Ukrayna klubu fəaliyyətini dayandırır

Məşhur Ukrayna klubu fəaliyyətini dayandırır

Ukraynanın məşhur klublarından olan "Karpatı" fəaliyyətini dayandıra bilər.
 
Sport7.az xəbər verir ki, Lıvov təmsilçisi maliyyə problemləri ilə üzləşib. Hətta klub tərəfindən qarşıdan gələn "Mariupol"la matçın baş tutmayacağı elan edilib. Mövsümün bütün digər matçlarının keçirilməsi də şübhə altındadı.
 
Bildirilir ki, klubun səhmlərinin 50 faizinin sahibi olan Oleq Smaliyçuq qalan hissələri də geri almaq istəyir. Ancaq klub sahibləri ilə görüş hələ ki, baş tutmayıb.
 
Komandanın cari mövsümü başa vura bilməyəcəyi və fəaliyyətini dayandıracağı bildirilir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR