Məşhur

Məşhur "Xəzər Lənkəran"lı Azərbaycana qayıdır

"Keşlə” daha bir futbolçu ilə güclənməyə hazırlaşır.
 
Sport7.az
xəbər verir ki, paytaxt klubu Sadio Tounkaranı heyətinə qatmaq üzrədir.
 
28 yaşlı yarımmüdafiəçinin tezliklə Bakıya gəlib yeni klubu ilə rəsmi müqaviləyə imza atması gözlənilir.
 
Qeyd edək ki, Tounkaranın karyerasının böyük hissəsi Azərbaycanla bağlıdır. O, ilk dəfə "Xəzər Lənkəran” tərəfindən 2012-ci ildə ölkəmizə gətirilib və 2015-ci ilə qədər bu komandanın uğurları üçün çalışıb. 2016/17 mövsümündə AZAL-da forma geyinmiş futbolçu 2017-2019-cu illər aralığında da "Zirə”də çıxış edib. 
 
Sadionun sonuncu iş yeri Estoniyanın "Narva Trans” klubu olub. Hansı ki o, bu komandada azərbaycanlı futbolçu Nurlan Novruzovla birgə çıxış edib. Lakin 2020-ci ilin sonunda Nurlan kimi, Tounkaranın da bu klubla müqaviləsinin müddəti başa çatıb və azad agent statusu alıb.

Mənbə: matc.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR