"Məşqçinin baş məşqçiyə əl qaldırması..." - Ramin Musayev

"Hər şeydən məlumatım var. Gələn həftənin çərşənbə günü hər şeyi, yekun nəticəni biləcəksiniz".

Sport7.az xəbər verir ki, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev "Neftçi" - "Sumqayıt" matçında baş verənlərdən danışarkən deyib.

Musayev məşqçinin məşqçiyə əl qaldırmasının qəbuledilməz olduğunu bildirib: "Belə hadisə olmamalı idi. Olubsa, buna cavab olmalıdı. Xoşagəlməz hadisə məşqçinin baş məşqçiyə əl qaldırmasıdı. Futbolda qalan hər şey olur - hakim də, futbolçu da, məşqçi səhvi də. Ancaq həmkarın həmkara əl qaldırması məncə, qeyri-etikdi. Belə olmamalıdı, baş verməsi düzgün deyil".

Qeyd edək ki, Premyer Liqanın III turunda keçirilən "Neftçi” - "Sumqayıt”  matçında (2:1) xoşagəlməz hal yaşanıb. Matçın son dəqiqələrində - "Neftçi”nin 2-ci qolundan sonra qonaqların kapitanı Vurğun Hüseynovla "ağ-qaralar”ın oyunçusu Anton Krivotsyuk arasında qalmaqal yaşanıb.  Krivotsyuk qoldan sonra Hüseynova qarşı qeyri-etik jest edib. Vurğun isə gənc müdafiəçini vurub. Görüşün baş hakimi Səbuhi Bayramov Krivotsyuku ikinci sarı, Hüseynovu isə birbaşa qırmızı vərəqə ilə meydandan qovub.

Bundan başqa, qalmaqal zamanı "Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovla "Neftçi”nin məşqçisi Etibar Tarıverdiyev arasında da mübahisə düşüb. Hətta Tarıverdiyev bu zaman Abbasovu vurub. Hakim ona sarı vərəqə göstərib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR