"Məşqlərimiz gərgin keçir" - "Qarabağ"ın futbolçusu

"Qarabağ"ın yarımmüdafiəçisi Patrik Andrade klubun saytına açıqlama verib.
 
Sport7.az kabo-verdeli futbolçu Avstriyadakı hazırlıq prosesindən danışıb: "Artıq üç gündür Avstriyadayıq. Məşqlərimiz əla gedir. Bəzən yoruluruq, amma yorulsaq da, bilirik ki, bunun nəticəsini rəsmi oyunlarda görəcəyik. Düşərgədə ab-hava yüksəkdir. Məşqlərimiz gərgin və maraqlı keçir. Çalışırıq ki, komandadakı əla əhval-ruhiyyəni qoruyaq. Bu, yeni başlanğıcdır. Güclü komanda olmaq istəyirik. Premyer Liqa və UEFA Konfrans Liqasında uğurlu olmaq üçün bu, çox vacibdir".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR