"Messi dahidi və başqalarının edə bilmədiyi şeyləri edir" - "Lion"un baş məşqçisi

"Lion"un baş məşqçisi Bruno Jenezio "Barselona" ilə görüş (1:5) barədə fikirlərini bölüşüb:

"Bir-birindən fərqli iki hissə izlədik. Birinci hissədə "Barselona"nın pressinqi ilə bacarmadıq. İkinci hissədə isə daha yaxşı oynadıq və qol vurduqdan sonra ümidləndik. Ancaq sonra "Barselona" üçüncü dəfə qapımıza yol tapdı və bütün suallara aydınlıq gəldi.

"Barselona" bizi öz qapımıza doğru sıxışdırmışdı. Əslində, müdafiəni irəlidən qurmağı planlaşdırmışdıq, bu mənada ikinci hissənin əvvəllərində işlərimiz qaydasında getdi. Bir anlıq mümkünsüzü bacaracağımızı düşünürdük, ancaq sonra meydanın mərkəzində topu itirdik və "Barselona" üçüncü qolu vurdu.

Messi bu gün klassik Çempionlar Liqası formatında idi. O, dahidi və başqalarının edə bilmədiyi şeyləri edir. Bəzən onu saxlamaq mümkün olmur".

Sport7.az

Xəbər lenti