"Messi hələ bir neçə il oynayacaq" - "Barselona"nın prezidenti

"Barselona"nın prezidenti Jozep Bartomeu Lionel Messinin komandadakı gələcəyi barədə danışıb:

"Messi ilə tez-tez danışmaq imkanımız olur. Onun hələ bir neçə il oynayacağını bilirəm. Leonun müqaviləsi var və o, hələ uzun illər oynamağa davam edəcək.

Müqavilənin yenilənməsi ilə bağlı danışmaq istəmirəm. Bu gün 6-cı "Qızıl top"u qeyd edirik. Bu arada, məncə, Messi daha bir neçə dəfə bu mükafatı qazanacaq. Onun adına çox xoşbəxtəm".

Qeyd edək ki, Messinin katalon klubu ilə olan müqaviləsi 2021-ci ildə başa çatır.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR