Messi istənilən mövsümün sonunda

Messi istənilən mövsümün sonunda "Barselona" ilə olan müqaviləsini poza bilər

Lionel Messinin "Barselona" ilə olan müqaviləsi 2021-ci ilin yayına kimi nəzərdə tutulsa da, o, istənilən mövsümün tamamında komandadan ayrıla bilər. Onun sazişinə bu barədə bənd daxil edilib.

"El Pais"in xəbərinə görə, Leo hər ilin 30 iyununda "Barselona" ilə olan anlaşmasını poza bilər. Katalon klubunun rəhbərliyi 2017-ci ildə argentinalı futbolçu ilə müqavilə yeniləmiş və ona gələcəyi barədə sərbəst seçim etmək imkanı yaratmışdı.

Mənbə iddia edir ki, daha əvvəl Andres İnyesta, Xavi və Karles Puyolun müqavilələrinə də eyni bənd daxil edilib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR