Messi:

Messi: "Liverpul" məğlubiyyəti məşqçinin yox, bizim səhvimiz idi"

"Barselona"nın hücumçusu Lionel Messi RAC1-ə müsahibəsində baş məşqçi Ernesto Valverde və komandanın ÇL-dəki uğursuz nəticələri barədə sualları cavablandırıb:

- Valverde ətrafında müxtəlif söhbətlər gəzir. Onun komandada qalmasından məmnunsunuz?

- Bu barədə əvvəl də danışmışam. "Liverpul" məğlubiyyəti bizim səhvimiz idi. Bəli, belə olmamalı idi. Çünki daha əvvəl "Roma" ilə oyunda da belə bir şey başımıza gəlmişdi. Amma yenə eyni situasiyaya düşdük. Bu, məncə, məşqçi ilə bağlı məsələ deyildi. Eyni zamanda, Valverdenin qalması da mənim qərarım deyil. Klub onun işini davam etdirməli olduğunu düşünür. Mən qərardan məmnunam və sakitəm. Məşqçini dəstəkləyirik və işini yüksək qiymətləndiririk. Başqa mütəxəssis gəlsə də, eynisi olacaq. Hədəflərimizə çatmaq üçün birlik olmalıyıq.

- Deyirlər ki, "Barselona" tarixin ən yaxşı futbolçusuna sahib olsa da, nadir hallarda Çempionlar Liqasının qalibi olur...

- Bu fikirlə razılaşa bilərəm. Çempionlar Liqasındakı titullarımızın sayı daha çox ola bilərdi, bu mənada bir neçə fürsəti əldən vermişik. Amma bizim inandığımız şeylərlə real həyatda baş verənlər arasında böyük fərq var. Bacarmadıq və uzun müddətdi Çempionlar Liqasında qalib ola bilmirik.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR