Messi məşqlərə başladı - FOTO

Messi məşqlərə başladı - FOTO
"Barselona" klubunun futbolçusu Lionel Messi məşqlərə başlayıb. 
 
Sport7.az xəbər verir ki, bu barədə Kataloniya klubunun "Twitter" səhifəsində məlumat verilib. 

Argentinalı futbolçu bu gündən kollektiv məşqlərdə iştirak edir. 

Qeyd edək ki, Lionel Messi La Liqanın IX turunda evdə "Sevilya"nı 4:2 hesabı ilə məğlub etdikləri matçda qolundan zədələnib. Onun üç həftəyədək yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb. 33 yaşlı hücumçu bu səbəbdən X turda evdə "Real Madrid"ə 5:1 hesabı ilə qalib gəldikləri matçda iştirak edə bilməyib. Argentinalı forvard Kataloniya klubunda bütün turnirlər daxil olmaqla, 12 oyuna 12 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. 
 
Sport7.az

Xəbər lenti