Messi:

Messi: "Ona qarşı oynamaq hər zaman çətin olub"

"Barselona"nın kapitanı Lionel Messi "Real"ın sabiq qapıçısı İker Kasilyasın karyerasını başa vurmasına münasibət bildirib.

Sport7.az xəbər verir ki, argentinalı hücumçu əlcək sahibinin adını futbol tarixinə çoxdan yazdırdığını və onun təkcə İspaniyada deyil, beynəlxalq arenada da bütün titulları qazandığını xatırladıb: "İker mükəmməl qapıçı idi. Ona qarşı oynamaq hər zaman çətin olub. Geriyə baxanda deyə bilərəm ki, bu, bizi öz imkanlarımızdan daha yuxarı səviyyədə oynamağa vadar edən gözəl rəqabət olub".

2019-cu ilin mayında infarkt keçirən İker Kasilyas ötən mövsüm Portuqaliya "Portu"sunun heyətində meydana çıxmayıb. 

1998 - 2015-ci illərdə "Real Madrid"in formasını geyinmiş əfsanəvi qapıçının doğma klubunda prezident Florentino Peresin müşaviri vəzifəsində çalışacağı gözlənilir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR