Messidən Argentina yığmasına vida mesajı

Messidən Argentina yığmasına vida mesajı
"Barselona"nın superulduzu Lionel Messi dünya çempionatından sonra yığmada qalıb-qalmayacağı ilə bağlı qərar verməyib.

Sport7.az xəbər verir ki, 2016-cı ildə "Copa Amerika"nın finalından sonra tənqidlərə dözməyən futbolçu yığma karyerasını bitirdiyini açıqlasa da daha sonra geri dönüb. Buna baxmayaraq o yenidən ayrılıq siqnalları verməyə başlayıb.

2005-ci ildən Argentina yığmasının formasını geyən futbolçu "Sport" qəzetinə verdiyi açıqlamada "Nə olacağını bilmirəm, qərarım dünya çempionatındakı çıxışımıza bağlıdı" sözlərini söyləyib.

2014-cü ildə dünya çempioantının futbolçusu seçilən Leo ölkə mətbuatından da narazılıq edib. O "Yığmanın uğurları Argentina mətbuatında yetərli dəyər görmür. Üç final qaçırdığımız həqiqətdi. Bir finala yüksəlmənin gerçək anlamını görmək yerinə, Argentina mətbuatında bu müxtəlif şəkildə şərh olunub.Üç dəfə finala yüksəlmək asan deyil və buna görə minnətdar olunmalıdı. Düzdü finalda qələbə qazanmaq daha da önəmlidi, ancaq oraya çıxmaq da asan deyil" deyib. 

Argentinanın 3-cü dünya çempionluğu üçün nikbin olan Messi "Hər yığmanın arzuladığı keyfiyyətli və çox yaxşı futbolçularımız var. Kimsədən çəkinmirik, qorxmuruq" söyləyib.

Ayın 16-da Moskvada İslandiya ilə oyunla DÇ-yə start verəcək Argentina D qrupunda Xorvatiya və Nigeriya ilə də mübarizə aparacaq.

Sport7.az

Xəbər lenti