"Messini "Barselona"da ancaq Neymar əvəz edə bilər" - Rivaldo

"Barselona"nın sabiq hücumçusu Rivaldo "Diario Sport"a verdiyi müsahibədə "Barselona"nın Lionel Messidən sonrakı dönəmə hazırlaşmalı olduğunun vacibliyindən bəhs edib.

Onun fikrincə, katalon klubu gələcəkdə Messinin boşluğunu Neymarla doldurmalıdı:

- Kimi Messinin ideal əvəzedicisi hesab edirsiniz?

- Bu məsələ bütün "Barselona" azarkeşlərini və rəhbərliyini əlaqələndirir. Çətin olsa da, Messinin əvəzedicisini axtarmaq lazımdı. Mənim fikrimcə, Messini ancaq Neymar əvəzləyə bilər. "Barselona"ya qayıtsa, əla olar. Neymar yaxşı oyunçudu, nəticə verməyi bacarır.

- Messinin gedişindən sonra, hazırda "Real"da baş verən hadisələrin bənzəri "Barselona"da cərəyan edə bilərmi?

- Hə, ola bilər, çünki Messi bir neçə ilini "Barselona"da keçirdikdən sonra klubu tərk edəcək. O, oyunların nəticəsini müəyyənləşdirən futbolçudu. Ona görə də, səviyyəcə Messiyə yaxın oyunçulardan biri ilə müqavilə imzalanmadığı müddətcə komandanın "Real"ın üzləşdiyi problemlərlə üzləşməsi ehtimal daxilindədi. 

Qeyd edək ki, Neymar 2013-2017-ci illər aralığında "Barselona"da çıxış edib. O, dünya transfer rekordunu qıraraq, 222 milyon avro qarşılığında PSJ-yə transfer olunmuşdu.

Sport7.az

Xəbər lenti