Messini idman zalında görmədim, amma Ronaldo...

Messini idman zalında görmədim, amma Ronaldo...
Argentina millisinin sabiq üzvü, hazırda "Boka Xuniors"da çıxış edən Karlos Teves "Barselona"nın ulduzu Lionel Messi və "Yuventus"un hücumçusu Kriştiano Ronaldonun məşq prosesi barədə danışıb. 

Sport7.az xəbər verir ki, bu barədə o "Depor"a açıqlamasında bildirib. 

"Mən heç vaxt Messini idman zalında görməmişəm. Onun məşq etməyini və ya hansısa tapşırıq elədiyini görməmişəm. Bu Messidə təbii yolla alınır. Ronaldoya gəlincə, o, bütün gününü belə idman zalında keçirər. Birdəfə səhər 6-da zala gəldim. O, artıq ordaydı", deyə 34 yaşlı futbolçu bildirib. 

Qeyd edək ki, Teves karyerası ərzində "Korintians", "Vest Hem Yunayted", "Mançester Yunayted", "Yuventus", "Şanxay Şenxua" kimi klublarda çıxış edib. 
 
Sport7.az

Xəbər lenti