"Messini saxlamaq sənə tapşırıldısa..."

Bu mövsüm La Liqada oynamaq hüququ qazanan "Jirona" "Barselona"nı qəbul etdiyi görüşdə 0:3 hesablı məğlubiyyətə uğradı. 
 
Sport7.az xəbər verir ki, oyunda Messini saxlamaq vəzifəsi komandanın 20 yaşlı üzvü Pablo Maffeoya tapşırılmışdı. "Mançester Siti"dən icarəyə götürülən gənc futbolçu oyundan sonra maraqlı fikirlər səsləndirib.
 
O, "Messini saxlamaq sənə tapşırıldısa, onun da bir insan və hər kəs kimi 2 ayağı olduğunu öz-özünə deməlisən. Mən də elə etdim", sözlərini işlədib.
 
Oyun zamanı Messinin ona "Oyunboyu mənim yanımda dayanacaqsan?" sualına, Maffeo "Sən dünyanın ən yaxşı futbolçususan. Mənə tapşırılan vəzifəni yerinə yetirirəm" şəklində cavab verdiyini söyləyib. Maffeo "Başqa şeylər də danışdıq. Yaşımı və "Mançester Siti"dən icarə əsasında gəlib-gəlmədiyimi soruşdu. Çox təvazökardı. Ona çox yaxın oynadığımdan matç ərzində dialoqlarımız oldu. Amma aramızda heç bir problem olmadı. Özünə də dediyim kimi, dünyanın ən yaxşı futbolçusudu. Ona yapışmasaz qol vura bilər. Mümkün qədər topla az oynamasına çalışdım" sözlərini işlədib. 
 
Maffeo, "Niyə oyunun sonunda Messinin deyil, Ter Ştegenin formasını istədin?" sualına "Bir dostum məndən Ter Ştegenin formasını istəmişdi. Mən də onun formasını istədim. Messi dünyanın ən yaxşı futbolçusu ola bilər, amma öncə dostlar gəlir" deyərək cavab verib.
 
Sport7.az
 

Xəbər lenti