Messinin cəzası bəlli oldu

Messinin cəzası bəlli oldu

"Barselona"nın ulduz futbolçusu Lionel Messinin cəzası bəlli olub.

Sport7.az xəbər verir ki, 34 yaşlı hücumçu 2 oyunluq diskvalifikasiya edilib. Argentinalı forvard İspaniya Kubokunda "Kornella" və La Liqada "Elçe" ilə matçları buraxacaq. Qarşılaşmalar müvafiq olaraq yanvarın 21-də və 24-də gerçəkləşəcək.

Messi ölkə superkubokunun finalında "Atletik"in oyunçusu Asyer Vilyalibreni vurub. Qarşılaşmanın bitməsinə bir dəqiqə qalmış Messi qırmızı vərəqə alaraq meydandan qovulub. Ulduz futbolçu klub karyerasında ilk dəfə qırmızı vərəqə ilə cəzalandırılıb. Atletik" final matçının əlavə vaxtında "Barselona"ya 3:2 hesabı ilə qalib gəlib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR