İspaniya Superkubokunda "Barselona" "Atletik"lə qarşılaşıb.
Sport7.az xəbər verir ki, 90 dəqiqəsi 2:2 hesabı ilə bitən görüşə əlavə vaxt təyin olunub. Yalnız "Atletik" 94-cü dəqiqədə vurduğu qolla katalon klubunu məğlub edərək Superkubokun qalibi adını qazanıb.
Bu görüşdə maraqlı məqamlardan biri "Barselona"nın superulduzu Lionel Messi ilə bağlı olub. O, matçın 120-ci dəqiqəsində qırmızı vərəqə ilə meydandan göndərilib. Bu Messinin "Barselona" karyerasında ilk qırmızı vərəqəsi olub.
Leo "Barsa"da karyerası ərzində 753 oyun keçirib.
Sport7.az