"Messinin tarixin ən yaxşı futbolçusu olduğunu deyə bilmərəm, amma o, öz dövrünün ən yaxşısıdı" - Ronaldinyo

"Barselona"nın sabiq futbolçusu Ronaldinyo Lionel Messinin 6-cı dəfə "Qızıl top"a layiq görülməsinə münasibət bildirib:

"Messiyə görə şadam. Çünki o, mənim dostumdu, həm də "Barselona"nı təmsil edir. Əslində, müqayisələri sevmirəm. Tarixin ən yaxşı futbolçusunu müəyyənləşdirmək çətindi.

Dieqo Maradona var, Pele var, Ronaldo var... Messinin tarixin ən yaxşı futbolçusu olduğunu deyə bilmərəm, amma o, öz dövrünün ən yaxşısıdı".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR