Messinin toyuna ulduz axını - FOTOLAR

Messinin toyuna ulduz axını - FOTOLAR
"Barselona" və Argentinaın superulduzu Lionel Messi subaylığın "daşın atdı".

Dünən özünə toy edən futbolçu uzun müddətdi birlikdə olduğu Antonella Rokkuzo ilə ailə həyatı qurdu. 

Argentinanın paytaxtı Buones-Ayresdən 300 kilometr uzaqda yerləşən Rosario şəhərindəki bir oteldə təşkil olunan toy mərasimdə nikah şahidləri Messinin 3, Antonellanın 2 bacısı oldu. Nikah bağlandıqdan sonra futbolçu həyat yoldaşı ilə birlikdə otelin girişində media mənsublarına şəkil çəkmələri üçün poza verib. 

Amma toy üçün akrreditasiyadan keçmiş 150-yə yaxın media nümayəndəsinin nigah və toy zamanı foto çəkmələrinə icazə verilməyib.

Bu arada 250 nəfərə qədər dəvətlinin olduğu toyda futbolçular Cerard Pike, Xordi Alba, Sesk Fabreqas, Neymar, Dani Alveş, Anhel Di Mariya, Serxio Aquero, Qonzalo İquayn, Eyzekel Lavezzi və Pablo Zabaleta ilə yanaşı, sabiq "Barselona"lılardan Xavi Hernandez, Karlos Puyol və hazırda "Antalyaspor"da oynayan Samuel Eto da iştirak edib. 

Toyun əsas səbəbkarları Antonella Barselonalı modelyer Roza Klaranın tikdiyi gəlinliyi geyərkən, Messi dünyaca məşhur brend Ciorcio Armaninin kostyumundan istifadə edib. 

Uruqvaylı musiqi qrupu "Marama"nın və futbolçu Aqueronun sevgilisi argentinalı müğənni Karinanın mahnı oxuduğu mərasimdə Pikenin kolumbiyalı sevgilisi, məşhur müğənni Şakira da çıxış edib. 

Digər tərəfdən Messi və Antonella dəvətlilərdən, toy hədiyyəsi olaraq evsizlərə yönəlik çalışmalar həyata keçirən "Texno" adlı sosial dərnəyə yardım etmələrini istəyib. Toy dəvətnaməsində yazılan "Nəşəmizi bir həmrəylik hərəkatına çevirmək üçün" ifadəsinin altında "Texno"ya yardım tələb edilib.

Sport7.az toydan şəkilləri təqdim edir:
 





















 
Sport7.az

Xəbər lenti