Messiyə DÇ-də bu təyyarə xidmət edəcək - FOTOLAR

Messiyə DÇ-də bu təyyarə xidmət edəcək - FOTOLAR
DÇ-2018-in favoritlərindən olan Argentina yığması Rusiyaya lüks şəraitdə uçacaq.
 
Sport7.az xəbər verir ki, Messili Argentina üçün ultrakomfort şəraiti olan xüsusi təyyarə hazırlanıb. Argentina Futbol Federasiyası dünya çempionatı boyunca yığmaya xidmət göstərəcək bu hava gəmisini təqdim edib.
 
Modifikasiya olunmuş Airbus A340 VİP tipli təyyarə yarış boyunca komandanı Rusiyada bir şəhərdən digərinə daşıyacaq. "Lüks" anlayışının sərhədlərini də keçən bu təyyarənin normal versiyası 375 sərnişin daşımağa qadirdisə, Argentina üçün ayrılan bu gəmi cəmi 90 nəfərlik tutuma malikdi. Oturacaqların sayı azaldılaraq əvəzinə daha çox rahatlıq yaradılıb. Həmin oturacaqlar eyni zamanda yatağa da çevrilə bilir. 
 
"Vi-Fi" xidməti, hər insana özəl yemək seçimi və əyləncə sistemi də olan təyyarə ilk dəfə Haiti ilə baş tutan yoldaşlıq görüşü öncəsində istifadə olunub. Hazırlıq matçlarında da xidmət göstərəcək bu nəqliyyat vasitəsi DÇ bitənə qədər Moskvada hazır şəkildə gözləyəcək.
 











 

Sport7.az

Xəbər lenti