Messiyə istirahət yoxdu

Messiyə istirahət yoxdu
Lionel Messi 2017/18 mövsümündə "Barselona" və Argentina yığmasının bütün rəsmi matçlarında meydana çıxaraq 1 dəqiqə belə qaçırmadı.

Sport7.az xəbər verir ki, marafona 13 avqustda İspaniya Superkubokunda "Real"la oyunda başlayan Messi bu mövsüm ikisi İspaniya Superkuboku, ikisi də Çempionlar Liqası və 7-si La Liqa matçı olmaqla ümumilikdə 11 rəsmi qarşılaşmada heç əvəzlənmədən meydanda oldu. 

Sentyabr və oktyabr aylarında Argentina yığmasında 4 oyunda forma geyən superulduz 360 dəqiqə oynayıb. Ekvadorla oyunda etdiyi "het-trik"lə "Tanqoçuları" dünya çempionatının final mərhələsinə daşıdı. 

Qısası, 59 gündə ümumilikdə 15 yüksək səviyyəli matça çıxan argentinalı meydanda olduğu 1350 dəqiqə ərzində 17 qola imza atıb.

Sport7.az

Xəbər lenti