Mesut Özil bıçaqlı hücuma məruz qalıb (VİDEO)

Mesut Özil bıçaqlı hücuma məruz qalıb (VİDEO)

"Arsenal"ın futbolçusu - Mesut Özil Londonda avtomobil oğurluğu ilə məşğul olan dəstənin hücumuna məruz qalıb. Həmin zaman Özil komanda yoldaşı Sead Kolaşinaçla birlikdə olub.

Klub məlumatı təsdiqləyib. Hadisə yerli vaxtla saat 17:00-da Qolders Qrin yaxınlığındakı Platts Leyndə baş verib. Sosial mediada yayılan görüntülərdə Sead Kolaşinaçın əlllərində bıçaq olan soyğunçuları zərərsizləşdirməyə çalışdığı görünür.

London Metropolitan Polis Xidmətinin məlumatında dəstə üzvlərinin avtomobilini idarə edən Mesut Özilə qarşı hücuma cəhd etdikləri qeyd olunub. Türk əsilli alman futbolçu avtomobilini Qolders Qrindəki türk restoranlarından birinə sürüb və orada rəsmilərdən kömək istəyib.

Hadisə zamanı futbolçular zərər görməyib. İndilik şübhəlilərin saxlanılması ilə bağlı rəsmi məlumat yoxdu.

 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR