Məsut Özil bu dəfə türkiyəliləri sevindirdi

Məsut Özil bu dəfə türkiyəliləri sevindirdi

Hər zaman xeyriyyəçi addımları ilə diqqət mərkəzinə düşən "Arsenal"ın türk əsilli alman futbolçusu Mesut Özil yenə gündəmə gəlib.
 
Sport7.az xəbər verir ki, ulduz futbolçu bu dəfə Türkiyənin Qızıl Aypara Cəmiyyəti vasitəsilə Manisada 280 ailəyə qida yardımı edib. Özilin dəstəyi ilə hazırlanmış qida yardımı qutularının üzərinə "Məsut Özildən sevgilərlə..." notu yazılıb və Cəmiyyətin Manisa şöbəsinin əməkdaşları tərəfindən Soma və Yunusemre bölgələrində olan 280 ehtiyac sahibinə paylanıb. 
 
Türkiyə Qızıl Aypara Cəmiyyəti bu addımına görə Məsut Özilə təşəkkürlərini çatdırıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR