Məsut Özil rəsmən

Məsut Özil rəsmən "Fənərbağça"da

"Fənərbağça" Mesut Özilin transferini rəsmiləşdirib.
 
Sport7.az xəbər verir ki, klub rəsmi saytı vasitəsilə Özillə 3,5 illik müqavilə bağlandığını açıqlayıb. Türk əsilli hücumameylli yarımmüdafiəçi sözləşməyə imza atdıqdan sonra məşqə çıxıb. 33 yaşlı oyunçunun keçidi "sarı-lacivərdlilər"ə havayı başa gəlib. Özil İngiltərə "Arsenal"ı ilə müqaviləsini pozduqdan sonra İstanbul təmsilçisi ilə rəsmən anlaşıb.

Ulduz futbolçu yeni iş yeri ilə bağlı açıqlama da verib: "Burada olduğum üçün xoşbəxtəm. Xəyalım gerçək oldu. İnanıram ki, uğurlu mövsüm keçirəcəyik".
 

 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR