Məsut Özil - "Ötürmələr Kralı"

Məsut Özil -
Qış transfer dönəmində "Arsenal"la yenidən müqavilə imzalayan Məsut Özüillə bağlı maraqlı statistika ortaya çıxıb.
 
Sport7.az xəbər verir ki, təcrübəli türk əsilli alman futbolçu indiyədək yer aldığı bütün liqa və turnirlərdə ötürmə kralı olub.
 
İlk böyük "partlaması"na "Verder" forması ilə imza atan Məsut, komandası ilə 2009-2010 mövsümündə Bundesliqada 17, Avroliqada isə 6 məhsuldar ötürmə ilə zirvəyə "qonub".   
 
"Verder"də keçirdiyi uğurlu mövsümü 2010-cu ildə Dünya Çempionatında taclandıran Özil, bu turnirdə də 3 məhsuldar ötürmə ilə "ötürmələr kralı" oldu və həmin ilin yayında "Real"ın yolunu tutdu. 
 
Ulduz futbolçu ötürmələrinə "Real"da da davam etdi. 2010/2011 mövsümündə Çempionlar Liqasında 6 məhsuldar ötürmə ilə liderliyini qoruyub saxladı.
 
Növbəti mövsüm "Real" Joze Mourinyonun rəhbərliyi altında 100 xalla La Liqanı qazanması ilə yanaşı Məsut da 17 məhsuldar ötürmə ilə zirvədəki yerini buraxmadı. 
 
Həmin mövsümün yayında AÇ-də boy göstərən futbolçu Almaniya ilə yarımfinala qədər gəldi və 7 məhsuldar ötürmə ilə turnirin "ötürmə kralı" oldu. 

Almaniya yığmasının üzvü 2013-cü ilin sentyabrından etibarən yolunu tutduğu İngiltərə Premyer Liqasında da məhsuldarlığını nümayiş etdirdi. 2015/16 mövsümündə "Arsenal" formasında 19 məhsuldar ötürmə ilə uğurlarına uğur qatdı.
 
Mövsüm        Liqa/Turnir         Komanda          Ötürmə
 
2009/10         Bundesliqa          "Verder"             17
2009/10         Bundesliqa          "Verder"             6
2010             DÇ                   Almaniya            3 
2010/11         ÇL                    "Real"               6
2011/12         La Liqa               "Real"               17
2012             AÇ                    Almaniya            7
2015/16         Premyer Liqa        "Arsenal"            19 
 
Sport7.az

Xəbər lenti