Məsut Özilin azyaşlı fanatı öldü

Məsut Özilin azyaşlı fanatı öldü
"Arsenal"ın ulduz futbolçusu Məsut Özili çox üzən bir hadisə yaşanıb.
 
Sport7.az xəbər verir ki, türk əsilli alman futbolçunun "Dostum və böyük bir "Arsenal" fanatı" adlandırdığı Çarli adlı azyaşlı azarkeş həyatını itirib. Uzun müddətdi beyin xərçəngindən əziyyət çəkən balaca Çarlinin ölümü Özili üzüntüyə qərq edib. 
 
Hadisə ilə bağlı futbolçu "Tvitter" hesabından "Dostum və böyük "Arsenal" tərəfdarı Çarlinin xərçənglə uzunmüddətli mübarizədə məğlub olmas xəbərini aldım. Nur içində yat. Sənin üçün çox darıxacağıq Çarli" sözlərini yazıb.
 
12 yaşlı azarkeş Özilin nişanlısı Amine Gülşəylə də tanış olmuşdu.
 



 

Sport7.az

Xəbər lenti