Meydana çıxan klub prezidenti FİFA-da müzakirə olundu

Meydana çıxan klub prezidenti FİFA-da müzakirə olundu
Yunanıstan çempionatında AEK ilə oyunda meydana çıxaraq hakimə etiraz edən PAOK-un rəhbəri İvan Savvadinin hərəkəti FİFA-da müzakirə olunub. 

Sport7.az xəbər verir ki, matçın son dəqiqələrində hakim PAOK-un qolunu qeydı almamağı Savvadini özündən çıxarıb. 

Baş hakim Qeorqios Kominisin qərarına etiraz edən komanda oyuna davam etməkdən imtina edib. 

BBC-nin reportyoru Riçard Konveyin "tvitter" səhifəsində verdiyi məlumata görə, FİFA məsələdən xəbərdardır və bununla bağlı lazımlı tərbiri görəcək. 
 
Sport7.az

Xəbər lenti