Meza Kolli rəsmən

Meza Kolli rəsmən "Keşlə"də

"Keşlə” növbəti transferini rəsmiləşdirib.
 
Sport7.az xəbər verir ki, paytaxt klubu sabiq futbolçusu Sezar Meza Kollini heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Paraqvaylı futbolçu Rumıniyanın "Universitatya Krayova” klubundan 1 illik icarəyə götürülüb.
 
Ölkəmizdə "Zirə”də də çıxış etmiş Sezar "Keşlə"də iki müxtəlif vaxtda oynayıb. Bu, ilk dəfə komanda "İnter" adlananda olub. 2018-in qış fasiləsində ölkəmizə qayıdan Meza Kolli "Keşlə"ylə yarım illik müqavilə imzalamışdı (13 oyun, 4 qol). Mövsümün sonunda Azərbaycan Kubokunu qazandığı klubla müqavilənin müddətini 1 illiyə uzadan legioner Avropa Liqasında mübarizəni dayandırdıqdan sonra Rumıniyadan aldığı təklifi dəyərləndirərək anlaşmasını qarşılıqlı razılıqla pozdu. Ötən ilin avqustunda "Universitatya Krayova” klubuna gedən 28 yaşlı yarımmüdafiəçinin Rumıniya karyerası uğurlu alınmayıb. Gedən kimi zədə alan və uzun müddətə sıradan çıxan, daha sonra 15 oyunu qolsuz keçirən futbolçu əvəzedici heyətdə də fərqlənməyib. Bu səbəbdən mövsüm bitən kimi onunla yollar ayrılıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR