"Ümid edirəm ki, Neymar "Barselona"dan ayrılacaq" - Ramos

"Real"ın futbolçusu Serxio Ramos "Barselona"nın braziliyalı ismi Neymarın İspaniyadan getməsini istəyir.

Sport7.az xəbər verir ki, ABŞ-da keçirilən beynəlxalq Çempionlar Kubokunun ardından açıqlama verən müdafiəçi rəqibi haqda maraqlı fikirlər səsləndirib. 

Adı PSJ ilə hallanan Neymarın gələcəyi ilə bağlı suala cavab verən 31 yaşlı Ramos "Onunla yaxşı münasibətlərim var, formasını da almışam. Ümid edirəm ki, "Barselona"da onun formasını ən son mən almış olacam. Məncə gözəl futbolçudu, komandasının "açar" futbolçularındandı. Mənə bir söz deməyib, amma ümid edirəm ki, "Barselona"dan ayrılıb PSJ-yə gedəcək. Bizim üçün daha az problem olar" ifadələrini işlədib.

2013/14 mövsümündə "Santos"dan "Barselona"ya transfer olunan Neymar ispaniyada iştirakçısı olduğu 9 "El-Klasiko"da rəqib qapısına 3 qol vurmağı bacarıb.

Sport7.az

Xəbər lenti