"Ümid edirik ki, hansısa güzəştlər olacaq" - "Neftçi" rəsmisi

Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Neftçi" komandası hazırlıqları davam etdirir. 

Klubun mətbuat katibi Rüstəm Allahverdiyev Sport7.az-a həm komandanın hazırlıq mərhələsindən danışıb, həm də karantinə görə yeni çempionatın yubanmasına münasibət bildirib:

"Komandada vəziyyət normaldır. Hazırlıqlar davam edir. Hələki gözləyirik və ümid edirik ki, vəziyyətə aydınlıq gətiriləcək, hansısa güzəştlər olacaq və komandalar nəzərdə tutduqları hazırlıq planı üzrə gedəcək. Çünki həm Avropa Liqasının, həm də çempionatı başlamasına az müddət qalıb". 
 
Röya Kərimli
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR