"Milan" Avropa Liqasında iştirak haqqından məhrum edildi

İdman Arbitraj Məhkəməsi (CAS) maliyyə feyr-pleyi qaydalarının pozulması ilə bağlı "Milan" və UEFA arasında yaranan mübahisəli vəziyyətlə bağlı qərarını açıqlayıb.

Qərara əsasən, "Milan" 2019-20 mövsümü üzrə Avropa Liqasında iştirakdan məhrum edilib. "Rossonerilər"in avrokuboklardan bir mövsüm uzaq qalmaq şərtilə, maliyyə feyr-pleyi ilə bağlı yaranan problemləri aradan qaldırmaq mövzusunda UEFA ilə razılığa gəldiyi bildirilir.

Belə olan halda, "Milan"ın əvəzinə, "Roma" İtaliyanı Avropa Liqasının qrup mərhələsində təmsil edəcək. "Torino" isə turnirin təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR