"Milan" "Barsa"nın müdafiəçilərini istəyir

"Barselona”nın iki futbolçusu İtaliya A Seriyasına gedə bilər.

Sport7.az xəbər verir ki, müdafiəçilər Samuel Umtiti və Junior Firpo "Milan"ın transfer siyahısında yer alıb.

"Rossonyerlər” fransalı və ispaniyalı oyunçunun keçidi üçün qarşı tərəflə danışıqlara başlayıb. Heyətini genişləndirmək istəyən milanlılar qış "transfer pəncərəsi” bağlanmamış hər iki müdafiəçi ilə anlaşmağa çalışır.

Umtiti 2023-cü il, Firpo isə 2024-cü ilin yayına qədər müqavilə ilə "Barselona”ya məxsusdur.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR