"Milan" "Barselona"nı məğlub etdi, "Fənərbağça" "Jalqiris"ə uduzdu

Kişi basketbolçuların Avroliqa turnirində mübarizə davam edir.

Ötən gün keçirilən 7 oyundan sonra müntəzəm çempionatın 6-cı turuna yekun vurulub. Günün mərkəzi oyununda "Milan" "Barselona"nı məğlub edib. Rodriqes (17 xal, 7 assist) və Mitsov (16 xal, 8 ribaund) qələbədə əsas pay sahibi olublar. Bir digər maraqla gözlənilən oyunda "Fənərbağça" "Jalqiris"ə uduzub. Bu, İstanbul klubunun cari Avroliqa mövsümündə 5-ci məğlubiyyətidi.


Avroliqa

Müntəzəm çempionat

6-cı tur

"Zenit" (Rusiya) - TSSKA (Rusiya) - 70:87

"Fənərbağça" (Türkiyə) - "Jalqiris" (Litva) - 76:79

"Valensiya" (İspaniya) - "Villörban" (Fransa) - 81:72

"Milan" (İtaliya) - "Barselona" (İspaniya) - 83:70

"Olimpiakos" (Yunanıstan) - "Makkabi" (Təl-Əviv, İsrail) - 65:90

"Real" (İspaniya) - "Alba" (Almaniya) - 85:71

"Baskoniya" (İspaniya) - "Bavariya" (Almaniya) - 93:60

Turnir cədvəli: 1. TSSKA (5-1), 2. "Barselona" (5-1), 3. "Milan" (5-1), 4. "Makkabi" (4-2), 5. "Ximki" (4-2), 6. "Anadolu Efes" (4-2), 7. "Baskoniya" (3-3), 8. "Jalqiris" (3-3).


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR