"Milan" bu futbolçudan canını qurtarmaq üçün qiymətini üçqat endirdi

"Milan" yarımmüdafiəçisi Frank Kessini satmağa hazırdı.
 
Sport7.az xəbər verir ki, "rossonyerlər" potensial alıcıları cəlb etmək üçün hətta futbolçunun qiymətini də azaldıb.
 
İtaliya mətbuatının yazdığına görə Milan şəhərinin eyniadlı təmsilçisi Kessiyə 13 milyon avro qiymət təyin edib. Halbuki futbolçunun 30-35 milyon avrodan aşağı qiymətə satılmayacağı gözlənilirdi.  Bu da o anlama gəlir ki, "Milan" futbolçudan canını qurtarmaq üçün onun qiymətində demək olar üçqat endirim edib.
 
Futbolçunu PSJ və "Napoli" öz heyətlərində görməkdə maraqlıdı.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR