"Milan" bu transferi rəsmən açıqladı

"Çelsi”nin müdafiəçisi Fikayo Tomorinin "Milan”a keçidi rəsmiləşib.

Sport7.az xəbər verir ki, İtaliya klubu rəsmi saytı vasitəsilə 24 yaşlı oyunçunu heyətinə cəlb etdiyini açıqlayıb. "Rossonyerlər” İngiltərə millisinin üzvünü mövsümün sonuna qədər icarəyə götürüb. Klublar arasında anlaşmaya əsasən "Milan” mərkəz müdafiəçisini yayda 30 milyon avro qarşılığında birdəfəlik transfer edə biləcək.

"Çelsi”nin yetirməsi olan Fikayo Tomori 2017-2019-cu illərdə başqa klublarda icarə əsasında çıxış edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR