"Milan" İbrahimoviçə illik 6 milyon avro məvacib təklif edib

"Milan" "Los-Anceles Qalaksi"nin sabiq hücumçusu Zlatan İbrahimoviçlə danışıqlar aparır.

"La Gazzetta dello Sport"un xəbərinə görə, "Milan" İbrahimoviçə 6 aylıq müqavilə təklif edib. Sazişin əlavə bir il müddətinə uzadılması da mümkündü. İsveçli futbolçunun 18 ay ərzindəki toplam qazancı 6 milyon avro təşkil edəcək.

Zlatan Zvonimir Bobanla əlaqə saxlayıb və yaxın həftələrdə yekun qərarını açıqlayacağını bildirib.

Qeyd edək ki, 38 yaşlı forvard daha əvvəl 2010-2012-ci illər aralığında "Milan"da çıxış edib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR