Milan Obradoviç:

Milan Obradoviç: "Futbolçulara bu dəfə yerlə oynamağı tapşırmışdıq"

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində bu gün "Kapital Bank Arena”da keçirilmiş Azərbaycan  - Lixtenşteyn oyunundan sonra millimizin baş məşqçisi Milan Obradoviçin mətbuat konfransı keçirilib.
 
Sport7.az xəbər verir ki, mütəxəssis bunları söyləyib: "Oyunun gərgin keçəcəyini gözləyirdik. Bilirdik ki, rəqib daha çox müdafiə olunacaq, əks-hücumlarda qol vurmağa çalışacaqdı. Fasilədə uşaqlarla söhbətimizdə bunu onların diqqətinə çatdırdıq və bir qədər səbrli, soyuqqanlı olmalarını tapşırdıq. Hücumlarımızı daha çox cinahlardan qururduq. İsveçrə ilə oyunda da hücumları cinahdan qurmuşduq, amma həmin görüşdə daha çox hava ötürmələrinə üstünlük vermişdik. Futbolçulara bu dəfə yerlə oynamağı tapşırmışdıq. Bu gün satdiona bizi dəstəkləməyə gələn azarkeşlərə təşəkkür edirəm”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR