"Milan" onu itirdi

"Milan"ın futbolçusu Lukas Bilya ciddi zədə alıb.

Sport7.az xəbər verir ki, klub rəsmi saytı vasitəsilə futbolçunun uzun müddətə sıradan çıxdığı haqda xəbər yayıb. Finlandiyada əməliyyat olunan 32 yaşlı yarımmüdafiəçi 4 ay yaşıl meydanlardan kənarda qalacaq.

Bilya komandanın məşqində zədələnib. O, İtaliya A Seriyasında 9 oyunda meydanda olub. "Milan" 11 turdan sonra 21 xalla 4-cü pillədə qərarlaşıb.
 
Sport7.az

Xəbər lenti