"Milan" Premyer Liqa nəhəngindən müdafiəçi alır

"Milan” müdafiə xəttini Fikayo Tomori ilə gücləndirməyi planlaşdırır.

Sport7.az xəbər verir ki, A seriyası təmsilçisi 23 yaşlı futbolçunun çıxış etdiyi "Çelsi” ilə danışıqlar aparır. Tomori öncədən "Milan” üçün ehtiyat variant sayılırdı. Lakin Fransa "Strasburq”undan transfer ediləcəyi gözlənilən Məhəmməd Simakanin zədələnməsi italiyalıların planlarını dəyişib.

Tomori cari mövsüm Premyer Liqada yalnız 1 oyun keçirib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR